`Məlumat azadlığı haqqında` qanun dəyişir


20:18     16 May 2016 1442822061_milli-meclis.jpg

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.


Layihə barədə komitə sədri, vitse-spiker Bahar Muradova məlumat verib.

Vitse-spiker deyib ki, dəyişiklik texniki xarakter daşıyır: “Dəyişiklik “Məlumat azadlığı haqqında” qanunda “terror aksiyaları” sözü “terror aktları” ifadəsi ilə əvəz olunmasını nəzərdə tutur”.

B. Muradova qanuna dəyişikliyin texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1145